Aprel şəhidi Fəxrəddin Qurbanlı anıldı

    13. 01. 2023- cü il tarixdə Q.Baxşıyev adına 179 nömrəli tam orta məktəbin məzunu Aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olmuş Fəxrəddin Qubanlının Doğum Gününə həsr olunmuş "Mən Şəhidəm Ölməmişəm" adlı tədbir və Şəhidin barəsində yazılan "Xeyirxah İnsan" adlı kitabın təqdimatı keçirilib. Tədbir məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimləri Tutu Əsayeva və Rəşidə Qasımova tərəfindən təşkil olunub. Əvvəlcə şəhidin məzarı üzərində onun əziz xatirəsi anılıb. Sonra tədbir məktəbdə davam etdirilib.Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti nümayəndələri, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı, Azərbaycan Universitetinin müəllimi və vaxtilə şəhidin müəllimi olmuş Tünzalə Verdiyeva, "Xeyirxah İnsan" kitabının elmi redaktoru Pedaqogika üzrə fəlsəfə elmləri doktoru Şahnaz Salamova, Fəxrəddin Qurbanlı adına təqaüdə ən yüksək balla layiq görülmüş Səfəralı Qeybullayev, Döyüşçü yoldaşı ehtiyyatda olan kəşfiyyatçı Elnur Fərzəliyev, Aprel döyüşlərinin qəhrəmanları, şəhidlərimizin ailələri iştirak ediblər. Əvvəlcə Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha sonra giriş nitqi ilə çıxış edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi təhsil sektorunun böyük məsləhətçisi, 179 nömrəli tam orta məktəbin direktor səlahiyyətlərini müvəqqəti icra edən Tural Hətəmov Aprel döyüşlərinin Azərbaycan Ordusunun yüksək vətənpərvərlik ruhunu əks etdirdiyini bildirib. Şagirdlərin ifasında vətənə, şəhidlərə həsr olunan şeir nümunələri dinlənilib. Şəhid Fəxrəddin Qurbanlının xatirə şəkillərindən ibarət videoçarx izənilib, Aprel şəhidlərinə həsr olunmuş ədəbi- bədii kompozisiya nümayiş olunub. Şəhidin barəsində yazılan "Xeyirxah İnsan" adlı kitab tədbirin ssenari müəllifi Tutu Əsayeva tərəfindən səsli şəkildə iştirakçılara təqdim edilib. Sonda tədbirin bədii məsləhətçisi Rəşidə Qasımova tədbiri öz çıxışı ilə yekunlaşdırıb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi