VII və IX siniflər üzrə monitorinq keçirilib
Dekabrın 27 də BŞTİ nin təşkilatçılığı ilə eyni monitorinq materialı həm 7 ci həm də 9 cu siniflərə təqdim olundu. Suallar Azərbaycan və rus bölmələri üçün iki variantda hazırlanmışdı. Şagirdlərin sərbəst işlərini təmin etmək məqsədi ilə 2.5 saat (150 dəqiqə) vaxt verildi. İngilis dilindən olan dinləmə materialının aydın formada şagirdlərə çatdırılması üçün hər sinif otağında müvafiq şərait yaradıldı.