Laçın rayonunun azad olunması dərslərdə qeyd olundu
Azərbaycanın ən dilbər guşələrindən olan Laçın rayonunun 01 dekabr tarixində işğaldan azad olunması mühüm tarixi hadisə kimi bu gün məktəbimizdə keçirilən xüsusi dərslərdə qeyd olundu. 9 "Ç" sinifində təşkil onunan dərsdə İkinci Qarabağ müharibəsinin yekununda imzalanan müqavilə əsasında Laçın rayonunun düşmən tapdağından bir güllə belə atmadan azad olunması haqqında şagirdlərə geniş məlumat verilib. Şagirdlər xəritədə Laçının sərhədlərini göstərərkən müəllim onlara bu torpaqların tarixi əhəmiyyətindən söhbət açıb.