Ekskursiya

    Bakı şəhər Binəqədi rayonu Q. Baxşıyev adına 179 nömrəli tam orta məktəbdə  Peşəyönümü xidmətin təşkil olunması haqqında Azərbaycan Respublikası Təhsil nazirinin F - 382 N - li əmri ilə təsdiq edilmiş nümunəvi fəaliyyət planı əsasında maarifləndirmə işlərinin aparılması davam etdirilir. Belə ki, məktəbin ibtidai sinif müəllimi Mehriban Əliyevanın təşkilatçılığı ilə 2 "E" sinif şagirdlərinin 1 nömrəli çörək zavoduna ekskursiyası təşkil edilib. Şagirdlər zavodun əməkdaşlarının əl əməyi, məhsulu hazırlayan aparatların idarə olunması sistemi, çörəyin bişirilmə texnologiyası ilə əyani olaraq tanış olublar. Çörəyin hazırlanması prosesi şagirdlər tərəfindən maraqla qarşılanıb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi