Fəxri Xiyabana, Şəhidlər Xiyabanına və Qənimətlər Parkına ekskursiya

  Məktəbin ibtidai sinif müəllimləri R.Vəliyeva, A. İmanova, X. Ələkbərova, P. Quliyeva, Y. Abbasovanın təşkilatçılığı və 2"B", 2"Ç",3"C", 3"A", 4"F" sinif şagirdlərinn iştirakı ilə Fəxri Xiyabana, Şəhidlər Xiyabanına və Qənimətlər Parkına  ekskursiya təşkil edilib. Ekskursiyanın təşkil olunmasında məqsəd 44 Gün davam edən Vətən müharibəsi zamanı müzəffər Azərbaycan Ordusunun işğalçı Ermənistanı döyüş meydanında məğlub etməsi nəticəsində düşməndən ələ keçirdiyi hərbi qənimətlər haqqında şagirdləri məlumatlandırmaq və onların dünyagörüşünü inkişaf etdirməkdən ibarət idi. İlk olaraq şagirdlər Fəxri xiyabana gələrək Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edib, məzarı üzərinə gül dəstələri qoyublar. Daha sonra Şəhidlər xiyabanı ziyarət edilib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsini ehtiramla yad edərək, məzarları önünə gül dəstələri qoyulub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi