"Cənnət qoxulu Zəfər Günü" adlı tədbir keçirildi

    Q.Baxşıyev adına 179 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Tutu Əsayevanın təşkilatçılığı və 7 "E" sinfinin iştirakı ilə "Cənnət qoxulu Zəfər Günü" adlı tədbir keçirildi”.Tədbirdə məktəb rəhbərliyi müəllimlər, şagirdlər, valideynlər, Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Əli Nur, eyni zamanda şəhid ailələri üzvləri, iştirak etdilər. Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildiktən sonra məktəbin tarix müəllimi F. Rüstəmli çıxış edərək dövlətin apardığı müdrik siyasəti vurğulayaraq gənc nəslə öz tövsiyələrini verdi. Şəhid ailələri adından məktəbin şəhid məzunu Fəxrəddin Qurbanlının atası Seyfəddin Qurbanlıya  söz verildi . Tədbirdə çıxış edən Akademik Milli Dram teatrının aktyoru, Xalq artisti Əli Nur Sentyabrın 27 - dən başlayan, 44gün davam edən və işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsinin tariximizin ən parlaq səhifəsinə çevrilməsindən bütün dünyaya "dəmir yumruq" əməliyyatının gücündən bəhs edərək dünya azərbaycanlılarının Zəfər bayramını təbrik etdi. Tədbirdə Zəfərə həsr olunmuş kompozisiyalar, şeirlər, mahılar, rəqslər təqdim olundu. Tədbirin sonunda məktəbin direktoru B.M.Novruzova dəvəti qəbul edib gəldikləri üçün qonaqlara təşəkkürünü bildirdi və Zəfərə həsr olunmuş müsabiqənin qaliblərinə diplomlar təqdim etdi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi