Valideyn Komitə Sədrlərinin iclası keçirildi
08. 10. 2022 - ci il tarixdə Q. Baxşıyev adına 179 nömrəli tam orta məktəbdə valideyn komitələrinin iclası keçirildi. İclası giriş sözü ilə açan məktəbin direktoru B.M. Novruzova məktəbdəki təlim - tərbiyə prosesinin vəziyyəti, şagirdlərin uğur və nöqsanları barədə məlumat verdi. İclas zamanı sinif valideyn komitələrinin fəaliyyəti, valideyn - məktəb əlaqələrinin möhkəmləndirilməsi, təhsil infrastrukturunun təkminləşdirilməsində və qorunub saxlanılmasında valideynlərin rolu kimi məsələlər müzakirə edildi. Sonda məktəbin Valideyn - Müəllim Assosiasiyasının sədri Lalə Novruzovanın hesabatı dinlənildi və müzakirə olundu.