"Son zəng" çalındı
14. 06. 2022 - ci il tarixdə Q. Baxşıyev adına 179 nömrəli tam orta məktəbdə ənənəvi olaraq təntənəli şəkildə "Son zəng" qeyd olundu. Tədbirdə valideynlər, müəllimlər qazi, və şəhid ailələri iştirak etdilər. "Son zəng" tədbiri Azərbaycan himni ilə açıq elan edildi. Giriş sözü ilə məktəbin direktoru B. M. Novruzova çıxış edərək məzunlara gələcək həyatlarında uğurlar arzuladı, dövlətimizə layiqli vətəndaşlar olmağı tövsiyə etdi. Daha sonra siniflər növbə ilə hazırladıları rəqs nömrələrini təqdim etdilər. 2021 - 2022 - ci tədris ilində müxtəlif sahələrdə fərqlənən müəllim və şagirdlər məktəb rəhbərliyi tərəfindən fəxri fərmanla təltif edildi. Məktəb şagirdlərinin ifasında mahnılarla tədbir sona çatdı