"Hər şey övladımız üçün" adlı dəyirmi masa keçirildi
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 18. 04. 2022 - ci il F - 145 nömrəli əmrinə əsasən məktəbin psixoloqları ilə valideynlərin görüşü təşkil edilib. "Hər şey övladımız üçün" başlığı altında dəyirmi masa keçirilib. Tədbirin məqsədi cəmiyyətin təməlini təşkil edən ailələrlə ümumtəhsil müəssisələri arasında səmərəli əməkdaşlığa təşviq etmək, ailə - məktəb münasibətlərinin sağlam pedaqoji, psixoloji əsaslar üzərində qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulması işinə dəstək verməkdən ibarətdir. Sonda valideynlərin fikirləri və sualları dinlənilib geniş diskusiya aparılıb.