Valideynin məktəbdə bir günü

    Məktəbimizdə "Valideynin məktəbdə bir günü" adlı layihəsi çərçivəsində valideynlərlə görüş olub. Bu dəfə VII - VIII - ci sinifdə oxuyan şagirdlərin valideynləri məktəbə gəliblər. Qonaqları məktəbin direktoru B. M. Novruzova salamlayıb. Valideynlərlə görüşüb, onlara məktəbin fəaliyyəti, tədris prosesi barədə ərtaflı məlumat verib. Layihənin təşkil olunmasında əsas məqsəd valideynləri övladlarının təhsil aldıqları tədris ocaqları ilə yaxından tanış etmək, istər infrastruktur, istərsədə tədris prosesinin təşkili istiqamətində onları məlumatlandırmaq, valideynlərlə məktəb arasında ünsiyyət platformasını daha da genişləndirməkdən ibarətdir. Görüş zamanı məktəbin akt zalında 28 May - Müstəqillik Gününə həsr edilmiş tədbir keçirilib. Tədbir valideynlər tərəfindən maraqla qarşılanıb. Valideynlər məktəbdən böyük ruh yüksəkliyi ilə ayrılıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi