"Zəfər tarixi" adlı konfrans keçirildi
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 18.04. 2022 - ci il tarixli F - 146 nömrəli əmrinə əsasən mayın 26 - da məktəbdə "Zəfər tarixi" konfransı keçirildi. Əvvəlcə konfrans iştirakçıları 44 günlük müharibədə torpaq uğrunda həlak olan şəhidlərimizi 1 dəqiqəlik sükutla yad etdilər. Konfransın iştirakçıları məktəbin tarix müəllimləri və 9 - cu sinif şagirdləri idi. İnteraktiv şəkildə və müzakirələr əsasında keçirilən konfrans 2 (iki) mərhələdə təşkil olunmuşdur. I mərhələ məktəbin Zəfər tarixini tədris edən müəllimləri 9 -cu sinif şagirdlərinin iştirakı ilə təhsilalanların Zəfər tariximiz barədə məlumatlandırılması, Azərbaycan ərazi bütövlüyü uğrunda şücaət göstərərək şəhidlik zirvəsinə ucalmış oğullarımızın şagirdlər arasında tanıdılmasına xidmət edən interaktiv dərs keçirildi. Şagirdlərlə mövzu ərtafında müzakirələr təşkil edildi. II mərhələdə məktəb rəhbərliyi və tarix müəllimlərinin iştirakı ilə interaktiv konfrans təşkil edildi. Məktəbdə "Zəfər tarixi" fənninin tədrisi, şagirdlərin vətənpərvərlik tərbiyəsi istiqamətində müzakirələr aparılaraq şagirdlərin təqdimatları və çıxışları dinlənildi.