Nümunəvi dərs keçirilib
20. 05. 2022 - ci il tarixdə məktəbin ibtidai sinif müəllimi R. Vəliyeva rəhbəri olduğu 1 "B" sinifində Azərbaycan dili dərsində "Çörəyin əmələ gəlməsi" mövzusunda nümunəvi dərs keçirib. Dərs zamanı şagirdlərə müqəddəs hesab etdiyimiz çörək və digər un məmulatlarının necə və nədən alındığını, onların hazırlanma texnologiyası haqqında geniş məlumat verilib. Şagirdlər insanların taxılı yetişdirib ərsəyə gətirməsinə sonsuz əziyyəti və insan zəhməti ilə yanaşı təbiətin də böyük zəhməti olduğunu öyrəniblər.