"Təbiəti qoruyanlar" layihəsi
Bakı Şəhər Təhsil İdarəsinin 18. 04. 2022 - ci il tarixli F - 138 nömrəli əmri ilə təsdiq edilmiş "Təbiəti qoruyanlar" layihəsi çərçivəsində məktəbdə müxtəlif tədbirlərə start verilib. Layihənin məqsədi təhsilalanların ekoloji maarifləndirilməsi, bu sahə üzrə biliklərinin və tədqiqatçılıq bacarıqlarının artırılmasıdır. Bu məqsədlə məktəbin biologiya müəllimi S. Nadirlinin təşkilatçılığı və 7 "Q" sinifinin iştirakı ilə dərs təşkil olunub. Dərs zamanı şagirdlər təbiəti qorumaq, mühafizə etməyin nə qədər vacib məsələ olması haqqında genişmiqyaslı məlumat əldə edib.