" Ailəm və məktəbim" layihəsi
Bakı Şəhər Təhsil İdarəsinin 18.04. 2022 - ci il tarixli F - 145 nömrəli əmrinə əsasən " Ailəm və məktəbim layihəsinə start verilib. Ailə - məktəb münasibətlərinin sağlam pedaqoji, psixoloji əsaslar üzərində, qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulması məqsədilə məktəbin psixoloqları K. Qalamova və A. Osmanova VII - ci sinif şagirdlərinin iştirakı ilə " Ailə, məktəb, Vətən anlayışı ayrılmazdır" adlı maarifləndirici söhbət aparılıb. Psixoloqlar qeyd edib ki, uşağın şəxsiyyət kimi formalaşmasında onun mənəvi zənginliyi, biliyi də əsasdır. Bunu isə məktəb təmin edir. Sonda şagirdlərlə "Məktəbə münasibət" adlı anket sorğu aparılıb