Birinci Beynəlxalq Kulinariya Festivalı
08. 05. 2022 - ci il tarixdə Heydər Əliyev Fondu və Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Ölkəmizin mədəniyyət paytaxtı Şuşa şəhərində Birinci Beynəlxalq Kulinariya Festivalı keçirilib. Kulinariya festivalına məktəbin Texnologiya müəllimləri Qurbanova Günel və İsgəndərova Vüsalə dəvət alıb, festivalda böyük qürur hissi ilə iştirak ediblər. Birinci Beynəlxalq Kulinariya Festivalı çərçivəsində Şuşa şəhərində mövcud vəziyyətlə, şəhərin tarixi - mədəni irsi ilə tanış olub, ermənilər tərəfindən vəhşicəsinə dağıdılmış mədəniyyət abidələri və yaşayış binalarını ziyarət ediblər.