Tarix yazan Lider
Mayın 10 - da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99 - cu ildönümü münasibətilə tədbir keçirildi. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi A. Məmmədovanın təşkilatçılığı və 7 - ci sinif şagirdlərinin iştirakı ilə təşkil olunmuş tədbir Azərbaycan Respublikasının Dövlət Himninin oxunması ilə başladı. Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif məqamlarının əks olunduğu videoçarx göstərildi. Şagirdlərin hazırladıqları şeir və mahnılarda Ümummilli liderə hörmətin, məhəbbətin ifadəsi, onun xalqımızın qəlbində əbədi yerinin olması aydın göründü.