Məktəbdə "Oxu Günü" qeyd olunub
Məlum olduğu kimi UNESKO - nun qərarına əsasən , hər il aprel ayının 23 - ü beynəlxalq səviyyədə "Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü" kimi qeyd edilir. Bu məqsədlə məktəbdə silsilə tədbirlər keçirilib. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Z. Kazımlı öz sinif şagirdləri ilə " Kitabi Dədə Qorqud" dastanı haqqında müzakirə aparıb. Şagirdlərin obrazlara münasibəti, mənfi və müsbət cəhətlərinin müzakirəsi keçirilib. Aparılan diskusiyalar, əsərdə baş vermiş hadisələrin təhlili müzakirəni daha da maraqlı edib.