Şagirdlərin oxu bacarıqları yoxlanılmışdır
Q. Baxşıyev adına 179 nömrəli tam orta məktəbdə şagirdlərə mütaliə vərdişlərinin aşılanması məqsədi ilə ibtidai siniflərdə müntəzəm olaraq oxuyub anlama bacarıqlarının inkişaf dinamikası yoxlanılır. Bu məqsədlə IV - cü siniflərdə şagirdlərin oxuyub anlama bacarıqları yoxlanıldı. Yoxlama zamanı şagirdlər bir dəfə oxuduqları mətn üzrə test tapşırıqlarını yerinə yetiriblər.