Biologiya, kimya fənləri üzrə təqdimatlar keçirilib

    Məktəbdə fəaliyyət göstərən "Kiçik Akademiya" üzvlərinin kimya, biologiya fənləri üzrə təqdimatı keçirilib. Təqdimatda fənn müəllimləri iştirak ediblər. Biologiya fənni üzrə 7"Q" sinif şagirdləri Osmanzadə Zeynəb, Məmmədzadə Hüseyn, Abdullayeva Aytac "Çiçəkli bitkilərdə tozlanma" mövzusunda araşdırmalarını təqdim ediblər. Kimya fənni üzrə 7 "Ə" sinif şagirdləri Rəsulova Asiman, İmanova Fatimə, Pənahov Rəşid "Hidrogenin alınması" mövzusunda çıxış edərək hidrogenin alınması, onun Henri Kavendiş tərəfindən kəşf edilməsi, hidrogen sahəsində gördüyü işlərə görə mükafatlandırılması haqqında təqdimatlarını nümayiş etdiriblər. Sonda fənn müəllimləri şagirdlərin araşdırmalarına münasibət bildiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi