Məktəbdaxili bilik yarışı keçirildi
Q. Baxşıyev adına 179 nömrəli tam orta məktəbdə Rus dili, Riyaziyyat, Həyat bilgisi və İngilis dili fənnindən məktəbdaxili "Bilik yarışı" keçirilib. Yarışda məktəbin III - IV sinif səviyyələri üzrə rus bölməsində təhsil alan şagirdlər iştirak ediblər.Müsabiqə zamanı şagirdlər fənlər üzrə müxtəlif sualları cavablandırıblar. Bilik yarışının keçirilməsində məqsəd şagirdlərin təhsilə marağının artırılması, onlar arasında sağlam rəqabət mühitinin formalaşdırılmasıdır.