31 Mart soyqırımı xalqımızın qan yaddaşıdır
31. 03. 2022 - ci il tarixdə Q. Baxşıyev adına 179 nömrəli tam orta məktəbin tarix müəllimi F. Rüstəmli, " Poeziya Yarpaqları" ədəbiyyat dərnəyinin rəhbəri P. Seyidova, kitabxana müdiri K. Salamova və kitabxanaçı İ. Əliyevanın iştirakı ilə məktəbin kitabxanasında 31 Mart Soyqırım gününə həsr olunmuş tədbir keçirilib. Şagirdlər ilk öncə faciə qurbanlarının xatirəsini ehtiramla yad ediblər. Məktəbin tarix müəllimi F. Rüstəmli erməni daşnaklarının Azərbaycan xalqına qarşı törətdikləri soyqırımın tarixi haqqında şagirdlərə geniş məlumat verib. O, çıxışında qeyd edib ki, xalqımızın üzləşdyi soyqırımın təkrarlanmaması üçün tarixi dərindən bilmək, daim yaddaşlarda saxlamaq gənc nəslin üzərinə düşən məsuliyyətdir. "Poeziya Yarpaqaları" ədəbiyyat dərnəyinin rəhbəri P. Seyidova şagirdlərə Bakı soveti və daşnak erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən amansız faciənin təkcə Azərbaycanda deyil dünyanın bütün ölkələrində qeyd olunmasını şagirdlərin diqqətinə çatdırıb.