31 Mart soyqırım günüdür
Q. Baxşıyev adına 179 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Ü. Abdullayevanın, tarix müəllimi A. Qarayevanın təşkilatçılığı və 7 "C", 7 "D" sinif şagirdlərinin iştirakı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Günüdür mövzusunda mühazirə xarakterli xüsusi dərs keçirildi. Keçirilən xüsusi dərslərdə 1918 - ci ilin martın 31 - dən aprelin 3 - dək Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı soveti və daşnak erməni silahlı dəstələrinin xalqımıza qarşı törətdikləri soyqırımından, 30 mindən artıq günahsız insanın həlak olmasından, yerlə yeksan olunmuş ərazilərimizdən geniş məlumat verildi. Daşnaksütün partiyasının terrorçu addımı ilə bağlı suallar cavablandırıldı.