Aşıq Ələsgər yaradıcılığı

    Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, böyük sənətkar Aşıq Ələsgərin anadan olmasının 200 illik yubileyi ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarının verdiyi sərəncama əsasən məktəbin akt zalında tədbir keçirilib. Məktəbin Ana dili və ədəbiyyat müəllimi Ş. İbrahimovanın 5 "D" sinifi ilə birgə təşkil etdiyi tədbirdə şagirdlər tərəfindən Aşıq Ələsgərin müxtəlif şeir şəkillərində olan şeirləri səsləndirilib. Aşığın həyatı haqqında geniş məlumat verilib, Azərbaycan təbiətinin gözəlliyinə tərənnümünə aid şeir nümunələrindən parçalar söylənilib, videoçarxlar nümayiş olunub. " Dağlar ", "Yaylaq" şeirləri təbiət lirikasının ən gözəl nümunələri kimi təhlil olunub. Şagirdlər Aşığın deyişmələrindən biri olan " Aşıq Ələsgər və Zöhrənin deyişməsi"  - ni canlandırıblar. Tədbir məktəbin direktoru Bayaz xanım Novruzovanın çıxışı ilə tamamlanıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi