Sağlam qidalanma mövzusunda xüsusi dərslərimiz

Məktəbin ibtidai sinif müəllimləri " Sağlam qidalanma " mövzusunda tədbir keçiriblər. Müəllimlər şagirdlərə sağlam qidalanmanın orqanizmə müsbət təsirindən danışıblar. Zərərli qida maddələrinin orqanizm üçün nə qədər zərərli olması məsələsi şagirdlərə izah olunub. Müəllimlərin şagirdlərə tövsiyəsi olub ki, sağlam olmaq üçün ilk növbədə sağlam qidalanmaq lazımdır. Maarifləndirici tədbir şagirdlər tərəfindən xüsusi maraqla qarşılanıb.