Reproduktiv sağlamlıq mövzusunda seminar keçirildi.
Q. Baxşıyev adına 179 nömrəli tam orta məktəbdə " Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi tərəfindən " Reproduktiv sağlamlıq" mövzusunda mütəmadi şəkildə seminarlar təşkil olunur. Məktəbin biologiya müəllimləri tərəfindən VI və VII sinif şagirdlərinə oğlan və qız şagirdləri üçün ayrı - ayrılıqda olmaqla " Reproduktiv sağlamlıq" seminarı təşkil olunub. Seminarda təqdim olunan təqdimatlarda qeyd olunub ki, reproduktiv sağlamlıq nəsil artımı qabiliyyətinin olması və azad seçim deməkdir. Bu sağlamlığın təməli yeniyetmə dövründə yaranır və bütün həyatı boyu qorunub saxlanılır. Təqdimatlarda şagirdlər reproduktiv sağlamlıq üzrə bilik və bacarıqlara yiyələnməklə hər cür zərərli vərdişlərdən uzaqlaşmaq haqqında dərin biliklərə yiyələniblər.