Xalqımın xilaskarı - Cənab Komandanım
04.03. 2022 - ci il tarixdə məktəbin tarix müəllimi C. Şəkiyev 5 - ci və 6 - cı siniflərdə "Xalqımın xilaskarı - tarix yazan sərkərdə" adlı xüsusi dərs keçirmişdir. Dərs zamanı Ali Baş Komandanın uğurlu siyasəti haqqında müzakirələr aparılmış, videoçarxlar göstərilmiş, şagirdlərdə diskussiyalar keçirilmişdir. Eləcə də dövlətimizin tarixi qələbəsi, torpaqlarımızın azad olunmasında müzəffər ordumuzun göstərdiyi şücaət, şəhidlik mövzuları təhlil olunub şagirdlərlə geniş müzakirə aparılıb. C. Şəkiyev qeyd etmişdir ki, Prezident İlham Əliyevin uzaqgörən daxili və xarici siyasəti, onun komandalığı ilə Azərbaycan Ordusunun şücaəti nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi hər bir vətəndaşın qəlbini fərəh hissi ilə doldurur. Şübhəsiz ki, qazanılan qələbə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasətin nəticəsidir.