Şagirdlərin peşə marağının öyrənilməsi
Bakı şəhər Binəqədi rayonu Q. Baxşıyev adına 179 nömrəli tam orta məktəbdə ümumtəhsil müəsissələrində Peşəyönümü xidmətin təşkil olunması haqqında Azərbaycan Respublikası Təhsil nazirinin F - 382 N - li əmri ilə təsdiq edilmiş nümunəvi fəaliyyət planı əsasında maarifləndirmə işlərinin aparılması davam etdirilir. Belə ki, məktəbin texnologiya müəllimi V. İskəndərovanın təşkilatçılığı ilə 9 - cu siniflər arasında " Şagirdlərin peşə marağının öyrənilməsi " başlığı altında təqdim olunan testlər əsasında müzakirələr aparılıb, onlara sevdikləri peşəyə yiyələnmələri və bacardıqları işi əvvəlcədən müəyyənləşdirmələri tövsiyə olunub.