İlk dərslər Xocalı faciəsinə həsr olundu.
25. 02. 2022 - ci il tarixdə məktəbdə keçirilən ilk dərslər Xocalı faciəsinə həsr olunub. Müəllimlər dərs zamanı Xocalının tarixi sayı və tərkibi, təhsil və mədəniyyət ocaqları, tarixi - mədəni abidələri görkəmli şəxsiyyətlərindən söz açıblar. Xocalı soyqırımına tarixi siyasi və hüquqi qiymətin verilməsinin ümummilli lider Heydər Əliyevlə bağlı olduğu şagirdlərin diqqətinə çatdırılmışdır. Xocalıya həsr olunmuş seirlər söylənilmiş, stendlər hazırlanmışdır. Faciənin otuzuncu ildönümü geniş müzakirə edilmiş, Müzəffər ordumuzun rəşadəti ilə qazandığımız zəfər, azad olunan torpaqlarımız, qisası alınmış Xocalı şagirdlərin çıxışlarında öz əksini tapmışdır.