Xocalı - əsrin ən dəhşətli faciəsidir
Xocalı faciəsinin otuzuncu ildönümü geniş müzakirə olunmuş, ədəbi - bədii kompozisiyalar hazırlanmışdır. Məktəbin "Poeziya yarpaqları" ədəbiyyat dərnəyinin rəhbəri P. Seyidova Xocalı faciəsi haqqında şagirdlərə geniş məlumat vermişdir. Xüsusilə dil - ədəbiyyat, tarix dərslərində də Xocalı faciəsi anılıb. Aparılan müzakirələr, Xocalı qurbanlarının yad edilməsi, şagirdlərin vətənpərvər çıxışları onların faciəni daha dərindən dərk etmələri ilə yanaşı, həmdə vətənə torpağa məhəbbət, düşmənə nifrət barışmazlıq hissinin göstəricisidir. Xocalı faciəsinin dünyaya tanıdılmasında gənc nəslin üzərinə daha böyük məsuliyyət düşdüyü onların diqqətinə çatdırılıb.