Beynəlxalq Ana dili Günü keçirildi.
21 fevral - Beynəlxalq Ana dili Günü münasibətilə tədbir keçirildi.Əvvəlcə şagirdlərə 21 fevral tarixinin UNESCO - nun qərarı ilə təsdiq edilmiş qanuna əsasən bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunduğu haqqında ətraflı məlumat verildi. Şagirdlərə dərsdə Ana dilimizin gözəlliyini özündə təcəssüm etdirən şeirlər səsləndirilib, görkəmli şəxsiyyətlərin dil ilə bağlı söylədiyi hikmətamiz fikirlərdən nümunələr gətirdilər. Şagirdlər öz çıxışlarında qeyd etdilər ki, dil hər bir milləti inkişaf etdirən ən mühüm və güclü vasitədir. Bu səbəbdən xalqımıza ulu babalardan miras qalan ən qiymətli milli sərvətimiz olan ana dilimizi hər birimiz qoruyub daim qayğı ilə əhatə etməliyik.