Qalib ölkənin gəncləri
Q.Baxşıyev adına 179 nömrəli tam orta məktəbdə "2 Fevral Gənclər Günü" - nə həsr olunmuş dəyirmi masa keçirildi. Tədbir İlham Əliyevin 17 il rəhbərliyi dövründə yetişən gənclər "Dəmir Yumruq" əməliyyatı altında sıx birləşərək 44 günlük müharibədə qələbə qazanan və şəhid olan gənclərimizə həsr olunmuşdur. şagirdlər öz çıxışlarında onlara həsr edilmiş mahnılar, şeirlər səsləndirdilər. Tədbirdə 10 "r" sinifinin istedadlı şagirdləri haqqıda məlumat verildi, xaricdə təhsil alan məktəb məzunlarının təbrikləri səsləndirildi. Şagirdlər qalib ölkənin gəncləri olaraq bu qələbənin sonsuzadək davam etməsi üçün var qüvvəsilə çalışacaqlarına söz verdilər.