"Xəmsə" Milli İntellektual oyunu keçirildi.

     26.01.2022 - ci il tarixdə Q.Baxşıyev adına 179 nömrəli tam orta məktəbdə "Xəmsə" Milli İntellektual oyunu keçirildi. Sumqayıt İntellekt mərkəzinin təşkilatçısı V. Ağayev tərəfindən keçirilən oyunda məktəbin X və XI - ci sinif şagirdləri iştirak etdilər. Oyunda "Azadlıq", "Xarıbülbül", "Şuşa", "Dəryalar", "First Raund", "Star" adlı komandalar yarışdılar. Şagirdlər məntiqə, dünyagörüşə, humanitar və texniki fənlərə əsaslanan sualları cavablandırdılar. "First Raund", "Star", "Dəryalar" və "Azadlıq" komandaları finala vəsiqə qazandılar. Şagirdlər xəmsə düyməsindən istifadə edərək "S" "S" ilə, "Dörd hərf  "Əhməd haradadır" "Qara mövzu" adlanan sualları sirli raundda cavablandırdılar. Sonda "Azadlıq" komandası Xəmsə intellekt oyununun qalibi olaraq məktəb rəhbərliyi tərəfindən Fəxri Fərmanla mükafatlandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi