20 Yanvar həm hüzn, həm qürurla anırıq
17.01. 2022 - ci il tarixdə Q.Baxşıyev adına 179 nömrəli tam orta məkəbin akt zalında Tərbiyə işləri üzrə direktor müavini M. Orucovanın təşkilatçılkığı ilə 20 Yanvar faciəsinin otuz ikinci ildönümünə həsr olunmuş tədbir keçirildi. Dövət Himnimizin səsləndirilməsi ilə başlayan tədbirdə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Şagirdlər öz çıxışları ilə doğma Azərbaycanımızın taleyini, azadlığını, şərəf və ləyaqətini uca tutan vətən oğul və qızlarını yad etdilər.Şagirdlər İlham və Fərizənin dastana çevrilmiş məhəbbətindən bəhs edən səhnəcik canlandırdılar. Şəhid məktəbli Larisa Məmmədovanın, Ülvi Bünyadzadənin, İlqar İbrahimovun yarım qalmış arzularından söhbət açdılar. 20 Yanvar faciəsinə həsr olunmuş şeirlər dinlənildi, videoçarxlar göstərildi.