"20 Yanvar tarixinin kitablarda əksi" adlı kitab sərgisi
Q.Baxşıyev adına 179 nömrəli tam orta məktəbin kitabxana müdiri K.. Salamovanın və kitabxanaçı İ. Əliyevanın təşkilatçılığı ilə 20 Yanvar faciəsinə həsr olunmuş kitab sərgisi təşkil edildi. Sərgidə şagirdlər yaxından iştirak edərək 20 Yanvar faciəsinə həsr olunmuş kitablarla daha yaxından tanış oldular. Qeyd edək ki,bu gün şəhidlərimizin ruhu şaddır, çünki işğal altında olan torpaqlarımız düşməndən azad edilib, onların başladığı mübarizə yolu tam qələbə ilə başa çatıb.