Hamımız bu vətənin zərrəsiyik
30.12.2021-ci il tarixində Binəqədi rayonu Q.Baxşıyev adına 179 nömrəli tam orta məktəbdə “Dünya Azərbaycanlıların Həmrəyliyi Günü”nə həsr olunmuş ”Hamımız bu vətənin zərrəsiyik” adlı bayram tədbiri keçirilmişdir. Tədbirin təşkilatçısı məktəbin “Poeziya Yarpaqları” ədəbiyyat dərnəyinin rəhbəri Seyidova Pakizə müəllimə idi. Tədbirdə dərnəyin ən istedadlı və fəal üzvləri ilə yanaşı məktəbin “Zəfər “ansamblının üzvləri Aşırlı Rəhman, Behbudov Şükür, Səfiyarov İlkin, Bağıyeva Sevinc, Məmmədov Məhəmməd, Əliyeva Çinarə, Nəsirov Rəhim, Quliyeva Diləzbər, Cavadzadə Əli, Bağırova İradə və s şagirdlər müxtəlif musiqi ifaları ilə çıxış etdilər.