Anım günü

 

Ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 202-ci il 2 dekabr sərəncamı ilə hər il sentyabr Q.Baxşıyev adına 179 nömrəli tam orta məktəbdə də “Anım gününə həsr edilmiş tədbir keçirildi”

Tədbirdə məktəbdə rəhbərliyi müəllimlər, xüsusən məktəbin ibtidai sinif şagirdləri, eyni zamanda şəhid ailələri üzvləri, aprel döyüşlərinin, I II  Qarabağ müharibəsi iştirakçıları olan Polkovnik Yunusov Vaqif Rəcəb oğlu, I Qarabağ müharibəsi iştirakçısı Baxşıyev Qüdrət Qorxmaz oğlu, II Qarabağ müharibəsi döyüşçüsü, Tağıyev Toğrul Əli oğlu, aprel döyüşləri və II Qarabağ müharibəsi döyüşçüsü Rüstəm Əhmədov dəfələrlə sambo üzrə dünya çempionu olmuş Baxşıyev Eyvaz Ədalət oğlu iştirak etdilər. Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla edildiktən sonra məktəbin direktoru Bayaz Novruzova çıxış edərək dövlətin apardığı müdrik siyasəti vurğulayaraq gənc nəslə öz tövsiyələrini verdi. Məktəbin tarix müəllimi Rüstəmli Fəridə çıxışı zamanı Qarabağ müharibəsinin tarixi gedişatı haqqında geniş məlumat verdi.

Şəhid ailələri adından məktəbin müəllimi Tağıyev Zabitə Qorxmaz qızına söz verildi . Tədbirdə çıxış edən II Qarabağ müharibəsinin birbaşa iştirakçısı olan Polkovnik Yunusov Vaqif və Əhmədov Rüstəm tədbir iştirakçıları ilə böülərək, dövlət, vətən, ailə və gələcək nəsillər naminə bayrağı sinəsinə basıb şəhid və qazi olan bu insanları heç zaman unutmağı tövsiyə etdi.

Tədbir 3d və 4p sinif müəllimləri Şaşıyeva Aidə və Məsimova Yaqutun öz sinif şagirdləri ilə hazırladıqları bədii kompozisiyalarla sona çatdı.

Qeyd edək ki, bugün siniflərdə ilk dərslər də məhz anım gününə həsr edilmişdir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi