“Laçın nağılı”
18.05.2016-cı il tarixində Binəqədi rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı və Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə layihəsi olan “Qarabağ həftəsi” çərçivəsində məktəbimiz Laçın rayonunun təqdimatını keçirdi. Tədbiri giriş sözü ilə məktəbin direktoru Kəmalə Şıxlinskaya açdı və “Laçın nağılı” adlı tədbiri açıq elan etdi. Tədbirdə Laçın rayonunun qədim dövlətlərdən işğal olduğu günə kimi tarixi, mədəniyyəti, məişəti işıqlandırıldı. Tədbir boyu hadisələr “Dünya qarı” və Şəhrizadın söhbəti əsasında cərəyan etdi. Yekunda Şuşa məclisində səslənən azan səsi və eyni zamanda Ali Baş Komandan İlham Əliyevin sözləri tədbirin nikbin ruhda bitməsini təmin etdi.