"Zəfərə doğru"

Müasir Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyev yetişməkdə olan gəncliyin vətənpərvər ruhda tərbiyə olunmasında məktəblərin rolunu yüksək qiymətləndirirdi. Bu yöndə aparılan işlər: söhbətlər, debatlar, tədbirlər böyük əhəmiyyət daşıyır. 05.05.2016-cı il tarixində 179 saylı məktəbdə “Zəfərə doğru...” adlanan vətənpərvərlik tədbiri keçirildi. Tədbir 9f sinif şagirdlərinin, ana dili və ədəbiyyat müəllimi Qasımova Rəşidə və məktəb kitabxanasının birgə işi olaraq ərsəyə gəldi. Tədbirdə vətən, yurd sevgisi aşılayan şeir və kompozisiyalar, mahnılar səsləndi, ordumuzu, şanlı bayrağımızı, vətənimizi əks etdirən videolar təqdim olundu. Ən təsirlisi o idi ki, tədbirdə məktəbin məzunu şəhid Fəxrəddin Qurbanlı anıldı, hətta onunla bağlı səhnəcik göstərildi, şagirdlərdən biri – Babayev Fərman onun obrazını canlandırdı. Bu tədbirdə məqsəd yeni nəsildə vətənə sevgi, dövlətə, orduya, ölkə başçısına, zəfərə inam hissi formalaşdırmaq, daha da artırmaqdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi