Müəllimlər sosial yardımlaşma təşəbbüsünə qoşulub

            COVID-19 pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək olaraq Bakı şəhəri Q.Baxşıyev adına 179 nömrəli tam orta məktəbin kollektivləri də sosual yardımlaşma təşəbbüslərinə qoşularaq  xeyriyyə aksiyası keçirib.
Belə ki, 23 aprel 2020-ci il tarixdə müəssisənin pedaqoji heyəti xüsusi karantin rejimi səbəbindən ehtiyacı olan 30 ailəyə yardım edib.Yardım çərçivəsində məktəb kollektivləri xüsusilə yaxın ətrafda yaşayan ehtiyacı, məktəbdə təhsil alan şagirdlərin və çalışan işçilərin ailələrini, əsasən övladını tək böyüdən və ya ailə üzvləri müxtəlif xəstəliklərdən əziyyət çəkənləri ərzaq malları ilə təmin edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi