Onu kim unudar
12 dekabr 2019-cu il tarixində məktəb kitabxanasında Ümummilli lider Heydər Əliyevin anım gününü qeyd etmək üçün “Onu kim unudar” adlı tədbir keçirildi.Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad olundu.Öncədən dahi şəxsiyyətin kitablarından təşkil olunmuş sərgiyə və onun üçün yaradılmış guşəyə baxıldı. Tarix müəllimi F.Rüstəmli H.Əliyevin həyatı və yaradıcılığı haqqında geniş məlumat verdi. Tərbiyə işləri üzrə direktor müavini R.Ataşlı, dərnək rəhbəri P.Seyidova öz çıxışlarında Ulu Öndərin Respublikamızın inkişaf etməsində və Azərbaycanın xarici siyasətindəki xüsusi rolunu vurğuladılar. Daha sonra 10-11 ci sinif şagirdlərinin Ulu Öndərin həyat və yaradıcılığı haqqında yazdıqları inşalar oxundu və müzakirə olundu. Tədbirdə qeyd olundu ki, nə qədər Azərbaycan nə qədər bu millət var, Xalq Heydər söyləyəcək.