Muzeylərə ekskursiya təşkil edildi

Muzeylər milli mədəniyyət nümunələrimizin qorunduğu məkandır. Bildiyimiz kimi qlobal cəmiyyətdə ayrı-ayrı xalqların əsrlər boyu yaratmış olduqları maddi-mənəvi irsi bir məbəd kimi qoruyan muzeylər onu keçmişdən gələcəyə ötürmək kimi missiyanı yerinə yetirir. Azərbaycan xalqı çox əsrlik tarixə malikdir. Maddi-mənəvi xəzinəmiz sayılan, tarixin daş yaddaşı olan abidələrimizi şagirdlərə tanıtmaq ən vacib şərtlərdən biridir. Bu məqsədlə 16.04.2016-cı il tarixində məktəbimizin V-VIII sinif şagirdləri şəhərimizdə yerləşən bir çox muzeylərdə oldular. Onlardan məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin evində yerləşən Milli Azərbaycan Tarix Muzeyində, Səməd Vurğunun Ev Muzeyində, Mədəniyyət və İncəsənət Muzeyində olmuşlar. Oradakı ekspanatlarla tanışlıq uşaqlarda xoş təəssürat yaratdı. Şagirdlər muzeydəki əşyaların hər birində zəngin tariximizin əks olunduğunun canlı şahidi oldular.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi