Konstitusiya Günü
Məktəbimizdə noyabrın 12-də Konstitusiya Günü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə məktəbin müəllimləri Bənövşə İsmayılova,Firəngiz Həsənova və Ədalət Tarverdiyev iştirak etmişdir. Tədbir sinif otaqlarında maarifləndirici dərs kimi keçirilib. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra ilk Konstitusiyası qəbul olundu.