9-cu sinif şagirdləri fərqlənmə attestatına laiq görüldü

2024-2025-ci tədris ilində şagirdlərimizdən 2 nəfər Kərimli Nuray və Məmmədli Sərxan 9-cu sinifi fərqlənmə attestatı ilə bitiriblər.
Məktəbin direktoru Xəyalə Qasımova şagirdlərə fərqlənmə attestatlarını təqdim edib. Daha sonra şagirdlərə, onların valideyn və müəllimlərini bu münasibətlə təbrik edib. Bu uğurun daimi olmasını arzu etdiyini bildirib.
Şagirdlərimizi təbrik edir və uğurlarının bol olmasını arzu edirik!