HAQQIMIZDA

Əsası 1970-ci ildə qoyulmuş şəhid Dilqəm Nəbiyev adına 178 nömrəli tam orta məktəbin məqsədi – milli ruhda nümunəvi tərbiyə və təhsil sistemi yaratmaqdır.Məktəb 2 korpusdan ibarətdir,45 sinifdə 996 şagird təhsil alır və onların tərbiyəsi ilə 86 müəllim məşğul olur.Məktəb 2010-2011-ci tədris ilində əsaslı təmir olunmuşdur və müasir təlabata tam uyğun olan sinif otaqları, fənn kabinetləri,idman zalı, stadion, akt zalı,tibb məntəqəsi və yeməkxana şagirdlərin istifadəsinə verilmişdir. Məktəbdə uşaqların tərbiyəsi ilə pedaqoqlarla yanaşı, psixoloq da məşğul olur. Onların sağlamlığına həkim nəzarət edir. Yeni dərs ilində 1-ci sinfə daxil olan şagirdlərlə əlavə məşğələlər keçirilir.Bu da onların yeni dərs ilində məktəbə hazırlığına köməklik yaradır. Məktəbəqədər və məktəb təhsili proqramlarında məntiqi bağlılıq və varislik gözlənilir. Məktəb şagirdlər üçün sağlam həyat tərzi və iş intizamı olan rahat, doğma və təhlükəsiz bir “evdir”. Məktəbin əsas üstünlüklərindən biri də burada yüksək ixtisaslı müəllimlərdən ibarət pedaqoji kollektivin olmasıdır.Bizim məktəb milli təhsil ənənələri ilə müasir təlim texnologiyalarını birləşdirir. Dərslər həm ənənəvi formada, həm də mühazirə, diskussiya, laborator məşğələlər, tədqiqatlar, inkişafetdirici oyunlar, ekskursiyalar şəklində aparılır. Günün ikinci yarısında uşaqlar müxtəlif dərnəklərdə: rəqs, idman, musiqi və s. iştirak edirlər. Tez-tez Bakının görməli və maraqlı yerlərinə (zooparka, botanika bağına, muzeylərə,teatrlara və s.) tanışlıq ekskursiyaları təşkil olunur. Məktəb daxilində yaradılmış şərait, dostluq və diqqət mühiti günü-gündən inkişaf edir. Təhsil alanların hər biri üçün sərbəst və rahat şərait yaradılmışdır. Biz məqsədyönlü liderlər yetişdirməyə səy göstəririk. Şagirdlərimiz Olimpiada yarışlarında da fəal iştirak edir.Bizim uşaqlar fəal əməyə və yaradıcılığa istiqamətləndirilmişlər. Məktəbdə mehriban, həmrəy şagird kollektivi vardır. Bu mehribanlıq, səmimi münasibət məzunlarla da əlaqəmizi möhkəmləndirir. Hər il bizim məktəbimizə yeni-yeni şagirdlər qəbul edilir. Deməli, bizi yeni kəşflər və nailiyyətlərlə dolu maraqlı həyat gözləyir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi