FƏXRİMİZ

Nəbiyev Dilqəm Yasin oğlu 1973-cü il dekabrın 1-də Ermənistanın Kalinino rayonunun Soyuqbulaq kəndində anadan olub.O,1980-cı ildən 1988-ci ilə kimi Soyuqbulaq kənd orta məktəbində oxumuşdu.Azərbaycanlılar Ermənistan SSR-dən qovulduqdan sonra Dilqəm ailəsi ilə birlikdə Nərimanov rayonunda məskunlaşmışdı.O,178 saylı orta məktəbdə təhsilini davam etdirərək 1991-ci ildə orta təhsilini tamamlamışdı.Elə həmin il hərbi xidmətə çağırılan Dilqəm,Daxili Qoşunların hissələrindən birində qulluq edirdi.Yaxşı qulluq etdiyinə görə ona serjant rütbəsi verildi və 12 saylı İslah Əmək Düşərgəsində gözətçi vəzifəsində xidmət etdi.

Dilqəm Nəbiyev 1992-ci ildən etibarən Füzuli,Ağdam bölgələrində qısa müddətli ezamiyyətlərdə olub.1992-ci il iyun ayından isə könüllü olaraq cəbhəyə yollanmışdı.Böyük komandiri olaraq Tərtər ,Ağdərə bölgələrində döyüşmüşdür.Ağdərə telestudiyasının alınmasında 1992-ci il avqustun 7-də qəhrəmancasına həlak olmuşdur.Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə fəxri fərmana layiq görülmüşdür.Nəbiyev Dilqəm Yasin oğlu Bakı şəhərində Şəhidlər xiyabanında dəfn olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi