"Bilik Günü" tədbiri keçirildi

 

15 sentyabr – Bilik günü münasibətilə məktəbimizdə tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı, ardınca Vətənimizin azadlığı uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Məktəbə ilk dəfə qədəm qoyan I sinif şagirdlərinin valideynləri, şagirdlər və məktəb kollektivi tədbirdə iştirak etdi.

Direktor Xəyalə Qasımova çıxış edərək şagirdlərimizi yeni tədris ilinin başlanması münasibətilə səmimi-qəlbdən təbrik etdi. O, təhsilin gələcəyimiz üçün nə qədər önəmli olduğunu vurğulayaraq, hər bir şagirdin elm yolu ilə addımlayaraq uğurlara imza atacağına inamını ifadə etdi.

Sonda isə məktəb həyətində səslənən ilk zəngin sədaları yeni ümidlərin, yeni arzuların və yeni nailiyyətlərin başlanğıcını simvolizə etdi. 

Bu təntənəli gün bir daha göstərdi ki, elm və təhsil gələcəyimizin ən güclü silahıdır. Arzumuz budur ki, yeni dərs ili bütün müəllim və şagirdlərimiz üçün uğurlu olsun, məktəbimizin həyətində daim bilik, zəhmət və nailiyyətlərin sədası eşidilsin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi