Bayraq Günü

     Noyabrın 8-i məktəbimizdə "Bayraq Günü" münasibətilə tədbir keçirilmişdir.Tədbirdə məktəbin rəhbərliyi və şagirdlər iştirak etmişdir.Şagirdlər tədbir başlayarkən himni səsləndirdilər.Tədbirin gedişatında şagirdlərin vətənpərvərlik,bayraq haqqında şeirləri hər kəs tərəfindən heyranlıqla və fəxrlə dinləndi.Gələcək nəslin vətənpərvərlik ruhda böyüdülməsinin əsasi ən çox məktəbdən keçir.Bunun üçün bizim məktəbdə öz öhdəsinə düşən bütün vəzifələri yerinə yetirir və yetirəcəkdir.Tədbirin əsas mahiyyəti gələcək nəslə dövlətçilik,dövlət atributları haqqında məlumat vermək və tanıtmaqdır.Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir.Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılıb.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi