BMT-nin Uşaq Hüquqları Konvensiyası

     BMT-nin Uşaq Hüquqları Konvensiyasının (UHK) qəbul edilməsindən 26 il ötür. Məktəbimizdə  noyabrın  5-də UHK haqqında maarifləndirmə tədbiri keçirilmişdir. Tədbirdə Tərbiyyə İşləri üzrə direktor müavini Ədalət Tarverdiyev,məktəbin psixoloqu  Aygün Mansurova, tarix müəllimləri  Şəhla Talıbova, Səadət Paşayeva, Azər Həsənli və şagirdlər iştirak etmişdir. Tədbirdə konvensiyanın 4 geniş hüquq kateqoriyasından (inkişaf hüquqları,müdafiə hüquqları,iştirak hüquqları,yaşamaq hüquqları) bəhs olunmuşdur. Ombudsmanın təşəbbüsü ilə ənənəvi olaraq hər il 20 oktyabr-20 noyabr tarixlərində BMT-nin UHK-nın qəbul edilməsinin ildönümü ərəfəsində respublikamızda “Uşaq hüquqları aylığı ”elan edilir. Eyni zamanda bildiririk ki,Avropa Şurası bu il 18 noyabr tarixinin uşaqların cinsi istismar və cinsi sui-istifadədən müdafiə olunmasına dair Avropa Günü kimi qeyd edilməsini qərara almış və bununla bağlı uşaqların cinsi istismardan müdafiə olunmasına həsr olunmuş tədbirlərin həyata keçirilməsi ilə əlaqədar bütün ölkələrə müraciət olunmuşdur. Konvensiyanın əsas məğzi uşaqların iqtisadi,sosial,mədəni və hətta siyasi hüquqlara malik olmasından ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi