“Son zəng” tədbiri
14 İyun 2019-cu ildə ənənəyə uyğun olaraq məktəbdə «Son zəng» tədbiri təntənəli şəkildə qeyd olunmuşdur.Bununla əlaqədar məktəbdə şagirdlər və pedaqoji kollektivlər tərəfindən hazırlıq işləri aparılmış, onlar bilik bayramının yüksək səviyyədə keçirilməsi, məzunların yaddaşlarında uzun illər ərzində qalması üçün əllərindən gələni etmişlər.Tədbirə toplaşan məzunları, onların valideynlərini və qonaqları salamlayan məktəbin direktoru L.H.Hasilova məktəb kollektivinin uğurlarını qeyd edərək Ulu öndərin Azərbaycan təhsilinin inkişafındakı əvəzsiz xidmətlərindən, bu gün ölkə rəhbərliyi tərəfindən təhsil sahəsində aparılan siyasətdən danışaraq, son vaxtlarda məktəb kollektivinin qazandığı uğurlar barədə məlumat verdi.“Son zəng” tədbirlərində müəllimlər, valideynlər, qonaqlar məzunlara öz ürək sözlərini çatdıraraq onlara müstəqil həyatda uğurlar arzuladılar. Məktəbdə “Son zəng” tədbiri məktəblilərin musiqili-bədii çıxışları ilə davam etmişdir.