Novruz Bayramı

Novruz bayramı - milli mənəvi dəyərlərin əbədiyaşarlıq rəmzidir. Novruz Bayramını qeyd etmək təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Bəşəriyyətin ən qədim şənliklərindən, mərasimlərindən biri də məhz Novruz bayramıdır. Xalqımızın bu günə qədər yaşatdığı, qoruyub gələcək nəsillərə ötürdüyü, müqəddəsləşdirdiyi bu bayram özündə dünyanın yaranma və yaşam sirlərindən tutmuş, gələcəyə, xoşbəxtliyə, bolluğa ümidini əks etdirir. Novruz yeni gün, yeni həyat mənasını daşımaqla həm də azərbaycanlıların yeni ilidir. Çünki məhz Novruzda həyat yenidən canlanır, torpaq qış yuxusundan oyanır, bitkilər baş qaldırır, ağaclar çiçəklənir, günəş istisi artır, gecə ilə gündüz bərabərləşir və beləliklə də yeni həyat başlayır. Novruz gününə aparan yol 4 çərşənbədən keçir. Bunlar su, od, torpaq və yel çərşənbələridir. Sonuncu həm də İlaxır çərşənbə adlanır. Bu günümüzə qədər yaşayan inanca görə, su çərşənbəsində su və su mənbələri təmizlənir və təzələnir. İkinci çərşənbənin odla əlaqələndirilməsi də əbəs yerə deyil. O, günəşin hərarətinin artması ilə izah olunur. Üçüncü çərşənbədə torpaq oyanır. İlaxır çərşənbədə isə küləyin köməyi ilə ağaclar tumurcuqlayır. Nəticədə bütün bunların vəhdəti ilə bütövlükdə təbiət canlanır, yenilənir. İlaxır çərşənbəsində və eyni zamanda bayram günündə hava qaralana yaxın tonqal qalanar və yaşından asılı olmayaraq hər kəs onun üzərindən tullanar. Məktəbimizdə təşkil olunan, şagird və müəllim heyətimizin birgə səyi nəticəsində yüksək səviyyədə hazırlanan Novruz şənliyi adlı tədbirimizdəmilli adət -ənənələrimizin göstəricilərindən ibarət tərtibatın təşkili, milli geyimlərimizdə şagirdlərimizin maraqlı çıxışları, novruz bayramı, səməni haqqında şerlərin , mahnıların , rəqslərin şagirdlərimiz tərəfindən şən ifaları , novruzun əsas atributları sayılan keçəl kosa və bahar qızının iştirakı ilə hazırlanan səhnəciklər, idman sahəsində uğurları olan şagirdlərimizin çıxışları və sonda şənliyimizdə iştirak edən tədris işləri üzrə məktəbimizin direktor müavini Məzburə xanımın bütün müəllim və şagird kollektivi təbrik etməsi bir daha Novruz bayramının milli yaddaşımızın bayramı olduğunun sübutudur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi